Dünyada koronavirusa yoluxanların sayı 13 milyonu ötdü

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların 13 milyonu ötüb. Bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının məlumatları, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma hallarının sayı 13 006 764 nəfərə çatıb. Qeyd edilir ki, pandemiya ərzində COVID-19-dan ümumilikdə 570 776 insan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 7 163 038 insan sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












