Düşmən Tovuzda mülki şəxsi süfrə arxasında öldürüb - FOTO + VİDEO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub. Ombudsman hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub.
“Məlum olduğu kimi bir neçə gün öncə Ermənistan hökuməti tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktı törədilib. Biz bura İnsan Hüquqları üzrə Müvəkki olaraq gəlmişik ki, monitorinq aparaq. Mülki əhaliyə qarşı törədilmiş təcavüzü qeyd edək. Bunların geniş hesabatını hazırlayaraq ən qısa zamanda müvafiq beynəlxalq qurumlara göndərəcəyik. Hüquqların müdafiəsi sahəsində mövcud olan bütün beynəlxalq sənədləri Ermənistan bu dəfə də pozub. Burada yaşayan əlil və ahıl insan qətlə yetirilib. Budur, əlil və ahıl dinc sakinin axşam yeməyinə hazırlaşdığı zaman başına gələn faciə. Çörək masanın üstündə qalıb”, - Ombudsman Səbinə Əliyeva bildirib. ("Report")







Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












