DYP-dən torpaq yol ilə rayona gedən sürücülərlə bağlı AÇIQLAMA

Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “qafqazinfo”ya açıqlamasında deyib ki, bu yola əl atan 50-yə qədər nəqliyyat vasitəsinin sürücüsü növbəti postda saxlanılıb və onlarla bağlı tədbir görülüb:
“Ötən gün həqiqətən də belə hal baş verib. Bəzi sürücülər Bakıdan çıxmağa cəhd ediblər, amma nəqliyyat vasitələrinin hamısı qarşıdakı postda saxlanılıb və bir-bir yoxlanılıb. Bunların içində icazəsi olmadan Bakı, Sumqayıt, Abşeron rayonlarında qeydiyyatda olan şəxslərin hamısı məsuliyyətə cəlb olunub və geri qaytarılıblar, amma icazəsi olanlar, sadəcə sıxlıq baxımından torpaq yola çıxanlar xəbərdar olunublar ki, nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən istifadə etmək olmaz”.
Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da “Qafqazinfo”ya açıqlama verib. Nazirlik rəsmisi bunları deyib:
“Həmin nəqliyyat vasitələri növbəti postda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bakını tərk etməyə icazəsi olmayan sürücülərə, şəxslərə qarşı inzibati qaydada protokol tərtib olunub və onlar Bakıya qaytarılıb. Bakıdan çıxışına icazəsi olanlar isə xəbərdarlıq edilib”.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












