DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT - Qaydalara ciddi əməl edin!

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
Bu barədə Avtosfer.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş formada xidməti fəaliyyətini davam etdirir.
Xüsusilə magistral yollarda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları fasiləsiz xidmət aparır. Eyni zamanda, aidiyyəti qurumlarla birgə yolların təmizlənməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi bir daha xatırladır.
✅ Sürücülər sürət həddini hava və yol şəraitinə uyğun seçməli, qəfil manevrlərdən çəkinməlidirlər.
✅ Avtomobillərin texniki vəziyyəti, xüsusilə şinlərin vəziyyəti yoxlanılmalı, əyləc sisteminin işlək olduğuna əmin olunmalıdır.
✅ Görüş məsafəsinin məhdudlaşdığı hallarda yaxın işıqları yandırmaq və digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafə saxlamaq vacibdir.
✅ Dumanlı havada və ya buzlu yollarda sürücülər xüsusilə ehtiyatlı olmalı, sərt tormozlamadan çəkinməlidirlər.
✅ Piyadalar da yolun görünməsinə və sürücülərin onları vaxtında görə bilməsinə diqqət etməlidirlər.
Yol hərəkəti qaydalarına əməl olunması hər kəsin təhlükəsizliyi üçün mütləqdir!
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını ehtiyatlı olmağa və qaydalara ciddi riayət etməyə çağırır.
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












