Ekspert: “Qəsəbələrdə habların yaradılmasına ehtiyac var”

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qəsəbələrdə kiçik habların yaradılması nəzərdə tutulub. Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli fevralın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "Report"a açıqlamasında yeni habların yaradılmasının vacibliyindən danışıb:
“Əvvəllər “Koroğlu” metrostansiyası yaxınlığında avtobusların toplanma məntəqəsi var idi. Sonra orada Bakıətrafı qəsəbələrə gedən sərnişinlərin rahatlığı üçün hab yaradıldı. Bu, çox müsbət bir hal idi. Lakin digər bir istiqamət var ki, həmin istiqamətdə bir qədər işlər aparılmalıdır. Bu, Bakı-Sumqayıt, Bakı-Şamaxı istiqamətində olan ərazidir ki, həmin ərazidəki qəsəbələrdə yaşayan insanlar şəhərə gəlib-getməkdə çətinlik çəkirlər. Əks istiqamətdə problemlər “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması ilə həll olunsa da, bu istiqamətdə hələ də qalır. Həmin ərazidə hərəkətin yaxşılaşdırılması üçün yeni avtobuslar gətirilməlidir. Bundan əlavə, Bakı şəhərinin bütün ətraf qəsəbə və kəndlərinə gedən yollarda çoxlu habların yaradılmasına ehtiyac var. Çünki bu ərazilərdən şəhərə axın çox böyükdür. Lakin Bakı-Sumqayıt və Bakı-Şamaxı istiqamətində hərəkət etmək üçün “20 Yanvar” metrostansiyası ətrafında və “Şamaxinka” ərazisində hab yaratmaq mümkün olmayacaq. Həmin ərazidə yollar, körpülər və digər obyektlər bir-birinə o qədər sıx yerləşir ki, hab yaratmaq mümkün deyil. Ona görə də habların şəhər kənarında, daha doğrusu, şəhərin hüdudlarının bitdiyi yerlərdə qurulması daha məqsədəuyğundur. O ərazilər üzərində BNA təhlil işləri aparmalı və müəyyən layihə təklifləri ilə çıxış etməlidir. Burda vacib amillərdən biri odur ki, ictimaiyyətin fikri nəzərə alınsın. Həmin qəsəbələrdə yaşayan insanlar bələdiyyə sədrləri, bələdiyyə üzvləri ilə işlər aparılsın. Habların harada yaradılması, hansı nəqliyyat vasitələrinin olması, onların hansı saatlarda işləməsi və digər məsələlərlə bağlı bu şəxslərlə danışılsa, yaxşı olar”.
Qeyd edək ki, Prezidentin qəbulunda V.Kərimli yeni habların dairəvi dəmir yolunun ətrafında yaradılmasının planlaşdırıldığını deyib.
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










