Ekspert: “Sıxılmış təbii qazla işləyən avtobusların gətirilməsi müsbət təşəbbüsdür”

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxta sıxılmış təbii qazla işləyən (STQ) avtobusların gətirilməsi stimullaşdırılır. Agentlikdən verilən məlumata görə hazırda Bakıda fəaliyyət göstərən 2200 avtobusdan 600-ü STQ ilə işləyir.
Azərbaycan Texniki Universitetinin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının professoru, Avtosfer.az xəbər verir ki, texniki elmləri doktoru Fuad Həsənov fins.az-a verdiyi açıqlamada bildirib ki, BNA tərəfindən bu avtobusların gətirilməsi müsbət təşəbbüsdür:
"Bakıya sıxılmış təbii qazla işləyən avtobusların gətirilməsi istiqamətində BNA-nın gördüyü işləri yüksək qiymətləndirmək olar. Sıxılmış təbii qazla işləyən avtobusların bir sıra üstünlükləri var. Belə ki, bu avtobusların sərfiyyatı azdır və ekologiyaya az zərər verirlər. Ənənəvi yanacaqla işləyən avtobuslar isə təbiətə böyük zərər verir. Xüsusən, köhnə avtobusların ətraf mühitə verdiyi zərər daha böyük olur. Hazırda bizdə dizellə işləyən yeni avtobuslardan daha çox istifadə olunur. Sözsüz ki, bu avtobuslar köhnə avtobuslara nisbətən daha az zərərlidir. Amma sıxılmış təbii qazla və elektrik enerjisi ilə işləyən avtobuslarla müqayisədə dizellə işləyən avtobuslar da zərərli hesab olunur. Ölkə başçısı da bunu qeyd edib ki, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir və bu istiqamətdə əlavə addımlar atılmalıdır.
Hazırda dünya ölkələri sıxılmış təbii qaz və elektrik enerjisi ilə işləyən avtobuslardan istifadə edirlər. Bir çox Avropa ölkələrində bu nümunəni görə bilərik. Elə qonşu Rusiyanın paytaxtına artıq 1 ildən çoxdur ki, elektrik enerjisi ilə çalışan avtbuslar gətirilib. Ümumiyyətlə gələcəkdə dünyada elektrik enerjisi ilə işləyən avtobuslara keçilməsi planlaşdırılır. Düşünürəm ki, biz də bu prosesə dəstək verməliyik və elektrik enerjisi ilə işləyən avtobusların Bakıya gətirilməsi həm iqtisadiyyatımıza, həm də ekologiyamıza müsbət töhvə verər”.
Xatırladaq ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Görüşdə ölkə başçısı sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruriliyini, bu istiqamətdə əlavə addımlar atılmalı olduğunu vurğulayıb. Eyni zamanda V.Kərimli bildirib ki, daşıyıcılara göstəriş verilib ki, ölkəyə STQ ilə işləyən avtobuslar gətirsinlər.
Gültən Qədirli
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












