Ekspert: “Son iki həftədə bölgələrə turist səfərlərinin sayı kəskin artıb”

Son 2 həftədə ölkənin müxtəlif bölgələrinə edilən turist səfərlərinin sayı kəskin artıb.
Bunu turizm üzrə ekspert Fariz Hacıyev deyib.
Onun sözlərinə görə, rayon və şəhərlərarası gediş-gəlişin bərpa olunduğu tarixdən - 25 yanvardan etibarən bölgələrə edilən səfərlərin sayı yüksələn templə artır. Əsasən həftəsonları səyahətlər çoxalıb.
Ekspert qeyd edib ki, hotellərə müraciətlərin əksəriyyəti həftə sonu - şənbə və bazar günlərində olur. Səfərlərin böyük qismi Şamaxı-Qəbələ, Quba-Qusar rayonlarına edilir:
“Bu bölgələrdəki 5 ulduzlu hotellərdə həftəsonu demək olar ki, yerlər məhduddur. Həmin hotellərin qiymətləri ötən illərə nisbətdə stabil qalıb. Bəzi hotellərdə isə 10-15% ucuzlaşma müşahidə edilir”.
F.Hacıyev əlavə edib ki, hotel sifarişlərindən əlavə turistik rayonlardakı günlük kirayə evlərin qiymətində də kəskin artım müşahidə olunur:
“2020-ci ilin mart ayından sonra daxili turizmdə ilk dəfədir ki, bu qədər canlanma yaranıb. Turizm sahəsindəki bu müsbət dinamikanın yüksələn temp ilə mart ayında da davam edəcəyi istisna olunmur. Ümumiyyətlə, hazırda turizm sənayemizin ən aktiv qolu daxili turizmdir. Getmə və gəlmə turizmin tamamilə dayanması nəticəsində bütün diqqətlər daxili turizmə yönəlib”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












