Elektromobillər artır; bəs ustaları varmı? - AÇIQLAMA

Son vaxtlar dünya ölkələrində olduğu kimi, Azərbaycanda da elektrik və hibrid avtomobillərinin istifadəsinə maraq artıb. Artıq Bakıda müntəzəm marşurut xətlərində elektrikli avtobuslar istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, bu sektorda sürücülər üçün problem yaradan vəziyyət var. Belə ki, yeni texnologiyalı bu avtomobillərin təmiri və baxımı üçün ixtisaslaşmış ustalar demək olar ki, yoxdur. Bəzi “işbaz” ustalar isə heç bir məlumatı olmadan təmirlə məşğul olur ki, bu da ciddi fəsadlara səbəb olur.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli bildirib ki, dünyada təmiz enerji ilə işləyən avtomobillərə və texnikasına maraq artıb və bu maraq ölkəmizdən də yan keçmir: “Azərbaycanda bu tip avtomobil və nəqliyyat vasitələrinə tələbat günü-gündən artır. Avtomobil təmiri üzrə kadrları yetişdirən əsas təhsil pilləsi olan Peşə Təhsili üzrə Dövlət Agentliyi də bu sahəyə artan marağı nəzərə alıb. Son illərdə artıq avtomobil mexatronikası texniki ixtisası yaradılıb. İki ildir ki, bu ixtisas Bakı və Sumqayıtda peşə təhsili müəssisələrində fəaliyyət göstərir. Yeni ixtisas alman peşə təhsil sisteminə uyğun tədris planları əsasında Təxminən 60-dan çox tələbəyə tədris edilir. Bu ildən isə hibrid və elektrik avtomobillərinin təmiri üzrə texniki ixtisası da açılacaq. Bu ixtisasda texniki peşə təhsil səviyyəsi üzrə təxminən 60 nəfər tələbənin qəbulunun aparılması gözlənilir. Hibrid və elektrik avtomobillərin təmiri üzrə texniki ixtisası ilə bağlı xarici dildən dərsliklər çap olunur. Bu çərçivədə həm də yeni proqramlar yaradılır”.
Qeyd edək ki, bu il “yaşıl dünya naminə həmrəylik” ilidir. Təmiz enerji ilə işləyən avtomobillərin istifadəsi havanın çirklənməsinin qarşısını alır. Bu yeni texnikalarla bağlı ixtisaslaşmış ustalara isə tələbat daha çoxdur.
Məhəbbət Tərlanoğlu
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












