Elgünün ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və intensiv ibtidai istintaq tədbirləri aparılır.
Avtosfer.az xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir, habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib.
Bununla belə, təəssüf hissi ilə qeyd olunur ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır.
Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur.
Bildiririk ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.
Odur ki, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur.
İbtidai istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Emin tıxac yaradan sürücüyə kömək etdi, sonra irad bildirdi - VİDEO
Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - VİDEO
Təcili yardım maşının arxasınca irəlilədi, kameraya düşdü - 75-CB-743 - VİDEO
Bu ölkələrdəki səfirlərimiz geri çağırıldı - Yeni təyinatlar
Dəbdəbəli ad günü, bahalı avtomobillər: 25 yaşlı "hamlet800" kimdir?
Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək - SƏRƏNCAM VERİLDİ
Bakıda qarajların 1 kv-nin qiyməti artdı - 1400 manatı keçdi
Ukraynanın Xəzərdə İran gəmisini vurmasının nəticələri nə olacaq? - POLİTOLOQ
Azərbaycanda avtomobil sığorta bazası niyə genişlənib? - İQTİSADÇI
İran “AzTV”ni qara siyahıya saldı; məqsəd nədir? - POLİTOLOQ
Binəqədidəki bu yolda 5 metr düz asfalt yoxdur - ŞİKAYƏT - VİDEO










