Elşad Hacıyev: Xocalıda milyon dollarlıq narkotik becərilib

Aşkar edilən faktlar və ümumi vəziyyət onu deməyə əsas verir ki, 30 il ərzində nəzarətsiz zona kimi olan bu ərazilərdə yalnız cinayətkar fəaliyyət təşkil olunub.
Bunu Xocalıda narkotik plantasiyası aşkarlanan ərazidə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
Elşad Hacıyevin sözlərinə görə, yerli əhali həmin bu cinayətkar fəaliyyətə cəlb edilib:“Nəticə etibarilə, Xocalı rayonunun Ballıca ərazisində böyük narkotik plantasiyası aşkarlanıb. Aparılan təhlillər onu deməyə əsas verir ki, hələ bu görünənlərdir. Demək ki, hansısa parniklərdə, istilikxanalarda narkotik vasitələrin başqa növlərinin, kimyəvi tərkibli narkotik maddələrin hazırlanması prosesi istisna edilmir. Aşkar edilən faktlar üzrə, sözsüz ki, müvafiq cinayət işi açılıb. Və bunun əsasında müəyyən ediləcək ki, bütün bu vasitələr harada və necə realizə olunub”.
Xidmət rəisi qeyd edib ki, əraziyə mütəxəssislər dəvət edilib, onların yekun qərarı dinlənilib: “Yekun qərar o oldu ki, bu ərazilərdə narkotik vasitələr xüsusi üsul və qulluqla yetişdirilib, becərilib və digər ölkə vasitəsilə qara bazara çıxarılması təmin edilib. Bu ərazilərdə təqribən milyon dollar həcmində narkotik vasitələrin əkin-biçini aparıldığını düşünürük”.
E. Hacıyev ərazidə digər transmilli cinayətkarlıq növlərinin də aparılmasının istisna edilmədiyinin əlavə edib: “Bu gün Azərbaycan Respublikasının əsas işi aidiyyəti dövlət qurumlarının əsasında məhz bu ərazinin de-kriminallaşdırılmasıdır. Başqa bir təhlükəmiz isə mina təhlükəsizdir. Xüsusilə təmas xətti boyunca sahələr var ki, müxtəlif tamamilə minalarla döşənmişdir. Ərazidə sürpriz minalar da çoxluq təşkil edir - körpülərdə, yol kənarlarında, su hövzələrin kənarında və sair. Bütün hallarda diqqət ona yönəlib ki, ərazi tam təhlükəsiz vəziyyətə gətirilsin”. (apa)
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












