Ərdoğanın Zəngəzur dəhlizi çağırışı: İranın cavabı nə olacaq?

"Belə layihələr hələlik aktual deyil. Vaxtı çatanda sözügedən layihələr də sürətlə həyata keçiriləcək".
Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranı Zəngəzur dəhlizini dəstəkləməyə çağırması fonunda, Tehranın ona verəcəyi reaksiyanı şərh edərkən deyib.
Mehman Əliyev bildirib iki, İran Zəngəzur koridoruna paralal olaraq öz ərazisindən bir yol tikmək istəyir:
"Bu yollar əslində strateji xarakter daşıyır və gələcəyin layihələridir. Astara dəmir yolu layihəsi də hələ tam işə düşməyib. Zəngəzur da həmçinin. Bütün bunlar ondan irəli gəlir ki, transmilli korporasiyaların bu layihələri həyata keçirməsi üçün hələlik zaman yetişməyib. Yəni bu layihələr hələlik aktual deyil. Vaxtı çatanda sözügedən layihələr sürətlə həyata keçiriləcək. Bu qaçılmazdır".

Həmsöhbətimiz hesab etmir ki, sözügedən ərazilərdəki dəhlizlərlə bağlı hansısa ziddiyyətlər var:
"Bunlar vahid bir sistemdir. Ona görə də Ərdoğanın İrana çağırışı daha çox siyasi xarakter daşıyır. İki nəhəng bazar var - Avropa və Yaxın Şərq-Asiya. Ukrayna müharibəsilə bağlı olaraq yollar bağlıdır. Ona görə də indiki halda həmin koridorlar açılsa da, ondan kimsə istifadə etməyəcək. Bu səbəbdən də sözügedən layihələr bu günlük aktual deyil və onlarla bağlı deməli ciddi hərəkətlilik də yoxdur. Aktual olsa çoxdan bu məsələlər öz həllini tapardı. Çünki prosesdən ən çox faydalanan İranın özü olacaq. Bu, İranın təhlükəsizlik təminatıdır, həm də burada böyük qazanc var".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən Zəngəzur mövzusuna toxunaraq, bu dəhlizin Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xətti olduğunu diqqətə çatdırıb. Ardınca, Ərdoğan bəyan edib ki, İranın da bölgədə sülhə və inkişafa xidmət edəcək bu addımları dəstəkləyəcəyini gözləyir:
"Çox istərdik ki, onlar bu "qazan-qazan" prinsipindən faydalansınlar. Atılan hər bir addım, hər açılan qapı, dəhliz iqtisadi fayda ilə bərabər, sonda ölkələri bir-birinə daha da yaxınlaşdıracaq".
İran isə bildiyimiz kimi, Zəngəzur dəhlizinə özünün "qırmızı xətti" kimi baxaraq, onun reallaşmasına qarşı çıxır. Əvəzində Zəngəzura alternativ olaraq öz ərazisidindən keçən dəhlizi təklif edir.
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO








