Erməni ordusu artıq daş atır - VİDEO

Erməni mövqelərindəki reallıq getdikcə absurda çevrilən bir teatr səhnəsini xatırladır. Bu "tamaşanın" yeni pərdəsi Azərbaycanın Laçın rayonu istiqamətində baş verib.
Avtosfer.az-ın verdiyi məlumata görə, Caliber.Az bu barədə redaksiyasına daxil olan görüntüləri təqdim edib.
Kadrlardan aydın şəkildə görünür ki, Ermənistan ordusunun hərbçisi müşahidə məntəqəsini tərk edərək möhkəmləndirilmiş səngərin qarşısındakı təpəyə qalxır və... Azərbaycan Ordusunun mövqelərinə daş atmağa başlayır.
Görünür, bu cür "atma hücumları" artıq erməni təxribatçılarının yeni "taktikası"na çevrilib.
Üstəlik, bu son vaxtlar baş verən ilk belə hadisə deyil. Xatırladaq ki, mayın 9-da saat 17:40-da oxşar bir səhnə Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən döyüş mövqelərindən birində yaşanmışdı. Həmin vaxt erməni hərbçisi səngərin üzərində dayanaraq qeyri-etik ifadələr səsləndirir, hədələyir və Azərbaycan hərbçilərini cavab verməyə təhrik etməyə çalışırdı.
Lakin Ermənistan komandanlığının bu hesablamaları növbəti dəfə iflasa uğradı. Azərbaycan hərbçiləri soyuqqanlılıq və peşəkarlıq nümayiş etdirərək vəziyyəti diqqətlə izləsələr də, ucuz təxribatlara uymadılar.
Rəqibin bu davranışı yalnız bir sual doğurur: bu, xroniki intizamsızlığın nəticəsidir, yoxsa daha böyük ehtimal - sağlam düşüncənin tamamilə itməsidir? Elə təəssürat yaranır ki, Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti artıq taktiki təlimləri psixiatr qəbuluna dəyişməlidir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












