Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır

Azərbaycanın Tovuz rayonunun yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində bu gün 76 yaşlı dinc sakinin həlak olması faktını etiraf edən düşmən, indi də şərəfsizcəsinə özünə bəraət qazandırmağa çalışır. Ermənistan rəsmilərinin iddialarına görə, Azərbaycan ordusunun artilleriya bölmələri Dondar Quşçu kəndindən “meşin” kimi istifadə edir. Düşmən ölkənin təmsilçiləri digər alçaq iddialar da səsləndirirlər. Onlar Tavuş vilayətinin kəndlərinin Azərbaycan ordusu tərəfindən artilleriya və minaatanlardan atəşə tutulduğunu iddia edirlər.
Bu arada Azərbaycan ordusunun nümayiş etdirdiyi qətiyyəti nəzərə alan işğalçı ölkə atəş nöqtəsindəki əhalini köçürməyə hazılaşır. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Feliks Tsolakyan bu gün xilasedici xidmətlərin şəxsi heyəti və ərazi bölmələrinin rəhbərləri ilə müşavirə keçirib. Bildirilib ki, son üç gün ərzində Ermənistanın həmsərhəd kəndləri “Azərbaycanın tərəfdən atəşə tutulur”. Buna görə də nazir Ermənistan hakimiyyətinin əhalinin etibarlı müdafiəsi üçün bir neçə variant üzərində işlədiyini qeyd edib. Feliksyanın sözlərinə görə, FHN zəruri hallarda sərhədyanı bölgənin əhalisinin evakuasiyasını həyata keçirməyə hazdırdır.
Müşavirədə Tavuş vilayətinin xilasetmə idarəsinin rəhbəri V.Pirumyan Azərbaycanla sərhəddəki vəziyyət və əhalinin müdafiə tədbirləri barədə məruzə edib. FHN rəhbəri bütün addımları yerli hərbi komandanlıqla əlaqələndirməyi tapşırıb.
Məlumata görə, hazırda bölgədəki kəndlərə qazın verilişi dayandırılıb. Bütün bunlar Ermənistan hakimiyyətinin çıxılmaz halda olduğunu göstərir. Eyni zamanda istisna deyil ki, məkrli düşmən digər təxribatçı addımlar da planlaşdırır. Bununla da Azərbaycanı mülki əhalini hədəfə almaqda günahlandırmaq, beynəlxalq aləmə növbəti dəfə şikayət etmək istəyir. (Musavat.com)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












