Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı Co Baydenə ÇAĞIRIŞ

“ABŞ-ın hazırki prezidenti Co Bayden Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir”.
Məlumata görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Defense One” mətbu orqanında dərc edilən məqaləsində qeyd edilib. O bildirib ki, Azərbaycan və Ermənistanın 44 gün davam edən Vətən Müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçsə də, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minlararın xəritəsini təqdim etməkdən boyun qaçırır:
“Bu da günahsız insanları ölümə məhkum etməkdir. 2020-ci ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki şəxsi Qarabağda mina partlayışı nəticəsində həlak olub, 85 nəfər isə yaralanıb. Orada mina partlaması nəticəsində həyatını itirənlərin əksəriyyətinin öz doğma torpaqlarına geri dönməyə tələsən məcburi köçkünlərdir”.
Səfir qeyd edib ki, beynəlxalq ictimaiyyətin susması Ermənistanı piyada və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaradıb:
“ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərimizdəki minaların xəritələrini təqdim etməyə məcbur etməlidir. Mülki şəxslərin həyatına olan təhlükə iqtisadi inkişaf, davamlı sülh və qaçqınların geri dönməsinə əngəl yaradır”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












