“Ermənistanın təxribatlarına cavab olaraq zəruri əks həmlə tədbirləri görülür”

“Dünən Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törədilib. Bu təxribat və qəfil həyata keçirilən hücum nəticəsində artilleriya vasitələrindən istifadə edilməklə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində itki olub, bir neçə əsgərimiz isə yaralanıb. Şəhid olan əsgərlərimizə, hərbi qulluqçularımıza Allah rəhmət diləyirik, yaralananların isə tezliklə şəfa tapmasını diləyirik”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, dərhal Ali Baş Komandanın tapşırığı əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri əks həmlə tədbirləri görülüb: “Dünən gecədən etibarən və bu gün Ermənistanın bu kimi provokasiyalarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədi boyu zəruri əks həmlə tədbirləri həyata keçirilir”.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının iclası keçirilib: “Bu iclasda da Ali Baş Komandan tərəfindən Azərbaycan Silahlı Qüvvələri qarşısında qisasın alınması və Ermənistan Silahlı Qüvvələrinin bu təxribatına həmişə olduğu kimi, layiqli cavab verilməsi ilə əlaqədar tapşırıq qoyulub. Baş vermiş hadisələrə görə məsuliyyət bilavasitə Ermənistan Respublikasının üzərindədir. Bu provokasiyalar onlar tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədilib. Ona görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür”. (APA)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











