"Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq" - Rasim Balayevin Prezidentlə səmimi söhbəti

"Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq".
Avtosfer.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə görüşü zamanı deyib.
"Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək. Mən Sizin bütün bu fəaliyyətinizi bir vətəndaş kimi dərindən izləyirəm və Sizə çox böyük inamımız var. Ad gününüzü rayonlarda, Qarabağda camaatla birlikdə qeyd edirsiniz", - deyə R.Balayev bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












