FAW Group və ya, kimin əvvəli, kimin axırı - FOTO
Bu günlərdə Çin hökumətinin xarici jurnalistlər üçün təşkil etdiyi media turda “FAW Group” avtomobil şirkəti də yer alırdı. Turda Azərbaycandan 2 media qurumu – AzTV və Azərtac da iştirak edib. Bəs “FAW Group”un Çində yeri nədir? Bir qədər keçmişə qayıdaq.
Avtosfer.az-ın xəbərinə görə, qrupun adı ingiliscədən tərcümədə (First Automotive Works) 1 saylı avtomobil zavodu mənasını verir. 1953-cü ildə işə başlayan zavod Çində avtomobil sənayesinin başlanğıcı hesab edilir. Zavodun ilk modeli olan “Jiefang” SSRİ-nin ZİS-150 yük avtomobilin eynisi idi. təəccüblü də deyildi. Axı zavod Stalin-Mao dostluğunun nəticəsi idi.
1986-cı ilədək müxtəlif modifikasiyalarda istehsal olunan “Jiefang” ordu və təsərrüfatda geniş tətbiq edildi.
1958-ci ildən hökumət adamları üçün “Hongqi” avtomobilinin müxtəlif versiyaları istehsal edildi. Bu model də Sovetin “Çayka”sının bənzəri idi.
Bura qədəri məlum. Bəs indi?
Hazırda “FAW Group” sovet modellərindən imtina edərək müasir maçınlar istehsal edir və dünyanın ən böyük 100 şirkəti arasındadır. Rusiyaya gəldikdə isə, ölkənin ilk yük avtomobili zavodu olan ZİL-in ərazisində hazırda hündürmərtəbəli binalar və ticarət obyektləri yerləşir. Bir vaxtlar Çində zavodlar quran ölkə hazırda avtomobil istehsalında Çindən aslılı haldadlr. Bir sözlə, kimin əvvəli, kimin axırı.
Vüqar
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO














