Fərid Şəfiyev: "Ermənistanla imitasiya tipli danışıqların davam etdirilməsi mənasızdır"

"Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatla əlaqədar Azərbaycan Prezidentinin köməkçisi, xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin və Xarici İşlər Nazirliyinin müvafiq bəyanatlarında ətraflı məlumat və şərh verilib. Bu təxribat göstərir ki, Ermənistan nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti gərginləşdirməyə çalışır".
Bunu Ermənistan Silahlı Qüvvələrin Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatla əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarını şərh edərkən qeyd etmişdi ki, ötən il Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı “itirilmiş il” hesab olunmalıdır. Mərkəzimiz hələ 2019 -cu ilin sentyabrında iki ölkənin post-danışıqlar mərhələsinə daxil olduğunu açıqlamışdı. Ümumiyyətlə, Yerevan hər hansı substantiv danışıqlardan boyun qaçırırdı. Buna baxmayaraq Azərbaycan dünya ictimaiyyətinə öz xoş niyyətlərini nümayiş etdirərək danışıqları davam etdirmişdi. Lakin 2020-ci il yanvarın sonunda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin apardığı danışıqların uğursuz nəticələri yenə də sübut etdi ki, Ermənistan hökumətinin destruktiv mövqeyi dəyişməyib.
Daha sonra aprel-may aylarında COVID-19 pandemiyasının yaratdığı böhranla əlaqədar Ermənistan hökumətinin yay aylarında təxribat cəhdlərinə əl atacağı barədə tərəfimizdən proqnoz verilmişdi. Təxribatın münaqişə ilə bağlı təmas xəttində deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsi onu göstərir ki, Yerevan üçüncü dövlətin və yaxud qurumun cəlb olunmasına nail olmaq istəyir", - mərkəz rəhbəri bildirib.
O vurğulayıb ki, belə olan şəraitdə hər hansı imitasiya tipli danışıqların davam etdirilməsi mənasızdır və cəbhə bölgələrində etimad tədbirləri (confidence building measures) yalnız status quo-nun saxlanılmasına xidmət edir: "Eyni zamanda, hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın addımları hərtərəfli, düşünülmüş olmalıdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğunun inkişafı, o cümlədən ordu potensialının güclənməsi, xarici siyasət sahəsində nailiyyətlər (buna sonuncu misal kimi Prezidentin təşəbbüsü ilə çağırılan BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının açılması) və digər sahələrdə islahatlar dövlətçiliyin möhkəmlənməsinə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına xidmət edir". ("Report")
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












