Fermerlər bu halda cərimələnəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə təklif edilən dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihəni Milli Məclisin deputatı Kamal Cəfərov təqdim edib. O bildirib ki, kənd təsərrüfatı sahəsində, xüsusilə subsidiyaların verilməsində korrupsiyanın qarşısının alınması və dövlət dəstəyinin fermerlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb: "Daha sonra elektron kənd təsərrüfatı sistemi yaradılıb. Bununla da kənd təsərrüfatı ilə məşğul olan dövlət qurumları və fermerlər arasında korrupsiya imkanları 0-a bərabər olub. Bildiyiniz kimi, hazırda cari mexanizmə əsasən fermerlər subsidiyanın yalnız 25% nağdlaşdıra bilər, geri qalan 75% isə bank əməliyyatları vasitəsilə müvafiq kənd təsərrüfatı məhsulları ala bilirlər. Müvafiq təcrübə göstərir ki, bəzi hallarda fermerlər gübrə və petisid satışını həyata keçirən şirkətlərlə cinayət əlaqəsinə girərək, həmin 75%-lik məbləğ olan fermer kartını isə heç bir məhsul almadan daha aşağı qiymətə həmin şirkətlərə satırdılar. Yəni indi korrupsiya halları fermerlər və kənd təsərrüfatı məhsulları satışını həyata keçirən özəl şirkətlər arasında mövcuddur. Fermerləri bu cür əməllərdən çəkindirmək, kənd təsərrüfatı təyinatlı dövlət subsidiyasının məhz kənd təsərrüfatının inkişafına sərf edilməsində hüquq-mühafizə tədbirlərini təmin etmək üçün İXM yeni maddənin əlavə edilməsi təklif edilir".
Qeyd edək ki, Məcəlləyə 411-2-ci maddənin əlavə edilməsi təklif edilir. Bildirilir ki, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması fermer tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə - xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir".
Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib. (qafqazinfo)
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












