Gədəbəydə əmisini öldürüb, arvadını bıçaqlayan şəxs tutuldu

Gədəbəy rayonunun Qurudərə kəndi ərazisində qətl hadisəsi baş verib. Gədəbəy rayon sakini, 1988-ci təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu şəxsi münaqişə zəminində, Qurudərə kənd sakini olan əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğluna bir neçə bıçaq zərbələri vuraraq onu qətlə yetirib.
Əmisinin həyat yoldaşı, 1959-ci il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını isə döyüb və sonra bıçaqlayıb.
Ağır yaralı olan qadın öncə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Hadisəni törədən, mərhumun qardaşı oğlu isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











