Gəncədə selin fəsadları aradan qaldırılır - FOTO

İyulun 11-12-də Gəncə şəhərində baş verən güclü yağış nəticəsində yaranmış selin fəsadları aradan qaldırılır.
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində əsasən şəhərin Gülüstan və Məhsəti qəsəbələrinə ziyan dəyib: "Gülüstan qəsəbəsində 20-yə yaxın fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahələrə su dolub. Hadisə yerinə Rayon İcra Hakimiyyəti və Fövəqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Artıq evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolmuş sel suları çəkilib, ərazidə bərpa işləri aparılıb. Selin fəsadlarının 90 faizi aradan qaldırılıb. Hazırda ərazidə işlər davam etdirilir.
Məhsəti qəsəbəsində də bir neçə həyətyanı sahəni su basıb. Həmin ərazidə də selin fəsadları aradan qaldırılıb, ciddi problem yoxdur. Hazırda hadisə nəticəsində dəymiş ziyan müəyyənləşdirilir". (Trend)






Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











