Gəncədə yağan qarın yol açdığı fəsadlar aradan qaldırılır - FOTO

Ötən gün axşam saat 18:00 radələrindən başlayaraq Gəncəyə yağan güclü qar bir sıra fəsadlara yol açıb. Belə ki, şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb, yağan qarın ağırlığına dözməyən ağac budaqları sınıb.
Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Axşam saatlarından başlayaraq, daxil olmuş məlumatlar əsasında qırılan ağac budaqları ərazilərdən yığışdırılır, yollara qum-duz qarışığı səpilir, səkilər və piyada keçidləri qardan təmizlənir. İşlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) xeyli sayda işçi qüvvəsi və texnikası cəlb olunub.
MKTİB-nin rəis müavini Elşad Əsgərov bildirib ki, yağan qar ciddi fəsadlara yol açmayıb:
“Səhər saat 06.00-dan başlayaraq şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan beş körpüdəki avtomobil yolluna 30 tona yaxın qum-duz qarışığı səpilib. Qırılan ağac budaqlarının ərazilərdən yığışdırılması üçün altı ədəd texnika ayrılıb və hazırda bu istiqamətdə işlər davam edir. Bununla yanaşı yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qarlar ayrılan iki traktor və altı avtomobil vasitəsilə ərazidən daşınır”.
Yağan güclü qar həmçinin Gəncənin bir sıra ərazilərini işıqsız qoyub. “Azərİşıq” ASC-nin Qərb Regional İdarəsinin əməkdaşları gecə saatlarından başlayaraq yaranmış fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar. Gecə və səhər saatlarında şəhərin bir çox ərazisində elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda işlər davam etdirilir.
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI










