General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunublar. İnsan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
*** 09:17
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.
Avtosfer.az xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.
Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk olaraq Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.







Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












