General rütbəsini yeni alanlar kimlərdir? - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncanmla Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.
Bunlar Elmir İbrahimov, Arif Həsənov, İslam Əmirağayev, Bilal Çompuzov və İlqar Qafarovdur.
Avtosfer.az “Qafqazinfo”ya istinadla general rütbəsini yeni alan zabitlər barədə bəzi məlumatları təqdim edir:
General-mayor Elmir İbrahimov əslən Sumqayıtdandır. Əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.
Arif Həsənov isə Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektorudur. General-mayor əslən Kəlbəcərdəndir.

İslam Əmirağayev də iki böyük savaş görüb, həm birinci, həm də ikinci Qarabağ müharibəsi iştirakçısıdır.
.jpg)
Vətən müharibəsində iştirakına görə 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Artilleriya sahəsi üzrə peşəkar zabitlərdəndir.
İlqar Qafarov isə Göyçaydandır. O, Əli Əfəndi adına Bığır kənd 1 nömrəli tam orta məktəbin məzunudur.
Bilal Çompuzov isə hərbi birlik komandirinin müavinidir. Əslən Balakəndən olan general Çompuzov Vətən müharibəsi iştirakçısıdır. O döyüşlərin gedişində yaralansa da, sonadək vuruşub.

Müharibədə göstərdiyi şücaətə görə, “Vətən uğrunda”, Qubadlının, Xocavəndin, Laçının azad olunmasına görə medallarına və “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












