Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu – FOTOLAR

Şirkətin saytında “Aztəsərrüfat” MMC-nin direktoru Aydın Dəmirov qeyd olunsa da, rəsmi məlumatlara görə, qurumun qanuni təmsilçisi Qafarov Məhərrəm Allahverdi oğludur.
Avtosfer.az "Teleqraf"a istinadən Məhərrəm Qafarov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayorudur. O, 2023-cü ildə vəzifəsindən azad olunub.
Qeyd edək ki, sözügedən şirkətin nizamnamə kapitalı 133 milyon manat civarındadır.
***
Bakının Keşlə qəsəbəsində yerləşən 2.8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.
Məlumata görə, 1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur.
Şirkətin rəsmi saytına əsasən, qurumun Baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlasaq da, qeyd olunan nömrəyə zəng çatmayıb.
Qeyd edək ki, “Aztəsərrüfat” MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.

Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?












