Reklam

Goranboydakı uçuq-sökük məktəblə bağlı RƏSMİ AÇIQLAMA : Təmir işlərinə görə müraciət göndərilib – VİDEO

Gündəm 8 Oktyabr 2024 17:26 Oxunub 3994
Goranboydakı uçuq-sökük məktəblə bağlı RƏSMİ AÇIQLAMA : Təmir işlərinə görə müraciət göndərilib – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaranan problemlə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması qurumun prioritet məsələlərindən biridir:

İdarənin tabeliyində 252 ümumtəhsil, 123 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son 2 ildə 75 ümumi və məktəbəqədər təhsil müəssisəsi təmir olunub.

Hal-hazırda 4 məktəb binası yenidən tikilir, 3 müəssisədə isə əsaslı təmir işləri aparılır.

Bildiririk ki, Goranboy rayon T.Abbasov adına Bağçakürd kənd tam orta məktəbin mövcud vəziyyəti barəsində məlumatlıyıq. Şagird sıxlığı ilə əlaqədar məktəbəhazırlıq qruplarında təhsil alan 25 uşaq məktəbin xidməti ərazisində yerləşən başqa bir tikilidə təlim-tədrisə cəlb ediliblər.

Sözügedən kənd tam orta məktəbin binasında əsaslı təmir işlərinin aparılmasına köməklik göstərilməsi üçün Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti Təchizat İdarəsinə rəsmi müraciət olunub.

Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetli prinsipi əsasında həyata keçirilir.

***

12:09

***

Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçiriləcəyi vaxta çox az qalmış Qarabağa ən yaxın rayonlarından birində təhsil müəssisəsinin vəziyyətini göstərən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, ölkənin hər yerində aparılan abadlıq və quruculuq işlərinə bəzi bölgələrdə kölgə salan bəzi qurumlar, yaxud məmurları sərt tənqid edən istifadəçilər yayılan görüntünün məsuliyyətini götürəcək şəxsləri axtara-axtara qaldılar. Əslində şəxslər də, qurum da bəllidir.

Avtosfer.az xəbər verir ki, Goranboy rayonunda müəllimin dərs dediyi məktəbdən çəkdiyi görüntülər sosial platformalarda istifadəçilərin narazılığına səbəb olub.

Belə ki, rayonun Bağçakürd kənd orta məktəbinin sinif otağında çəkilən görüntülərdə müəllim şagirdlərin hər birinin bu xalqın gələcəyi olduğunu vurğulayaraq sinifdəki acınacaqlı vəziyyəti göstərib. Divarlar uçuq-sökük, pəncərələrdə şüşə yox, əvəzinə sellofan var, sinif cəmi 1 lampa ilə işıqlandırılır. Ən qorxunc vəziyyət isə, o deşik, cırıq sellofanın hava keçirməsinə baxmayaraq, soyuq günlərdə sinifin kustar üsulla düzəldilən peçlə isidilməsidir. Böyük ehtimal o peçi də şagirdlərin valideynləri ya özləri düzəldib, ya da öz hesablarına kiməsə düzəltdiriblər. Maraqlısı odur ki, tövlə şəraitində tədris alan məktəblilərin qarşısındakı partalar köhnə olsa da, təmiz və səliqəli saxlanılıb.

Təbii ki, məktəbdəki vəziyyətin belə olmasının məsuliyyəti başlıca olaraq Elm və Təhsil Nazirliyinin, daha sonra isə Goranboy rayon Təhsil Şöbəsinin rəhbərinin üzərinə düşür. Nazirliyin və bölgə nümayəndəliyinin bu məsələni görməzdən gəlməsi bir yana, 5 ildən bir ortaya çıxıb rayon sakinlərilə görüşdüyünü bildirən, o ərazinin parlamentdəki təmsilçisi olmağa haqq qazanan şəxslər belə problemin həlli ilə bağlı heç nə etməyib.

Sakinlər isə aidiyyəti qurumların, şəxslərin məktəbdə yaranan bərbad vəziyyətin tezliklə düzəldilməsini, yeni məktəb binası, yaxud var olan məktəbin ən azından təmir edilməsini tələb edir. Müəllimin yaydığı videonu sizə təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh