Güclü qar Bakı-Şamaxı-Yevlax yolunda çətinliklər yartdı - FOTO

Fevralın 20-dən etibarən ölkənin dağlıq və dağətəyi rayonlarında fasilələrlə qar yağması müşahidə edilir. Ötən gün axşam saatlarından etibarən qarın yağması daha da intensivləşib, xüsusilə Göyçay, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarında güclü qar qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissələri qarla örtülüb. Yolun bəzi yerlərində qar örtüyünün hündürlüyü 50-60 sm-ə çatır. Eyni zamanda, Muğanlı-İsmayıllı və İsmayıllı-Lahıc avtomobil yollunda da nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi yolların qardan və buzdan təmizlənməsi üçün iş aparır. Yola qum-duz qarışığı səpilsə də, yolların tam olaraq təmizlənməsi hələ yekunlaşmayıb. Hazırda bölgədə hava temperaturu mənfi 4 dərəcədir və qar yağmağa davam edir.
Sürücülərə ehtiyatlı olmaları, mümkün olduqda bu istiqamətlərdə hərəkətdən çəkinmələri tövsiyə edilir.








Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












