Gürcüstan hökuməti tam tərkibdə istefa verib

Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
Baş nazir Giorgi Qaxarianın istefası ilə əlaqədar olaraq hökumət tam tərkibdə istefa verib, bununla yanaşı, hökumət növbəti Baş nazir müəyyən edilənədək səlahiyyətlərini davam etdirəcək.
Qanunvericiliyə əsasən ölkə parlamenti 2 həftə ərzində yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməlidir.
Qeyd edək ki, baş nazir istefasının səbəbini müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsi ilə əlaqələndirib. G. Qaxaria qeyd edib ki, N. Melianın həbsi məsələsində komandası ilə razılığa gələ bilməyib və istefa vermək barədə qərar qəbul edib: “Mən öz vəzifəmdən istefa vermək barədə qərar qəbul etmişəm. Əlbəttə, inanıram ki, bu addım ölkəmizdə siyasi sahədə qütbləşməni azaldacaq. Əminəm ki, qütbləşmə və aramızdakı qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və hər növ böhranla mübarizə istiqamətində ən böyük riskdir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












