"Gürcüstan və Rusiya ilə yeni sərhəd keçid məntəqələri və yollar açılmalıdır" - EKSPERT

Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) -“Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in müzakirəsi zamanı bildirib ki, belə sazişlər təkcə Rusiya ilə deyil, gələcəkdə Gürcüstanla da bağlanmalıdır. Onun sözlərinə görə, Azərbaycanın Gürcüstanla sərhədində Rusiya ilə buraxılış məntəqəsinin ərazisində olduğu kimi avtomobil körpüləri yaradılmalıdır.
Avtosfer.az-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deputatın sözlərinə münasibət bildirib.
Ekspert Azərbaycanın nəqliyyat habına çevrildiyini, həm şimal-cənub, həm də şərq-qərb dəhlizləri üzrə önəmli yerə sahib olduğunu qeyd edib: “Azərbaycanın önəmi artdığı kimi risklər də artır. Yəni, burada risk o mənadadır ki, əgər yük axını artırsa, şaxələndirmə məsələsi də gündəmə gəlir. Bu da bir yol yox, bir neçə yol olmasını şərtləndirir. Hal-hazırda bu yöndə müəyyən layihələr həyata keçirilir. Bu çərçivədə Azərbaycan-Gürcüstan istiqamətində əlavə sərhəd keçid məntəqələrinin və yeni yolların açılması dövrün tələbidir. Məsələn, Yevlax-Balakən dəmir yolu varsa və Balakən ilə üzbəüz Gürcüstan tərəfdə də dəmiryolu varsa, bunun əlaqələndirilməsi təbii ki, lazımdır.”
Ekspert bildirib ki, mövcud infrastruktur daxilində harada imkan və fürsət varsa, bunlar dəyərləndirilməlidir. “Əlavə kommunikasiyaların, sərhəd keçid məntəqələrinin açılması dövrün tələbidir. Çünki hər yeni yol, yerli əhali üçün yeni çıxış imkanı, qazanc mənbəyidir. Həmçinin də bölgədə baş verən logistik əlaqələr baxımından belə yollar yeni bir fürsətlərdir. Bu növ həllər Azərbaycanın üzərindən artan yük tələbini ödəmək üçün xidmət edəcək”.
Məhəbbət Tərlanoğlu
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












