Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı qızın anası və dayısı həbs ediliblər - FOTO

Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın anası və dayısı həbs ediliblər.
Avtosfer.az xəbər verir ki, Rustavi şəhər məhkəməsinin hakimi Madonna Maisuradze məcburi evlilik və cinayəti xəbər verməmə ittihamları ilə azyaşlının anası və dayısı barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarı verib.
Kvemo Kartli bölgə prokuroru Xatia Qoqriçiani Aytac Şahmarovanın zorla evləndirilməsinin təşkilatçısının onun anası olduğunu, Aytacın qətlə yetirilməsinə görə birbaşa məsuliyyət daşıdığını bildirib.
Məhkəmədə azyaşlını qətlə yetirən Alim Sadiqov Aytacı öldürmək niyyəti olmadığını, silahın pnevmatik olduğunu düşündüyünü, həmçinin “həyat yoldaşı”nın azyaşlı olduğunu bilmədiyini iddia edib.
“Həyat yoldaşımın azyaşlı olduğunu bilmirdim, anası mənə dedi ki, onun 18 yaşı var”, - deyə Alim Sadiqov bildirib.
Gürcüstan DİN-in araşdırmalarına görə, azyaşlı 2023-cü ilin yayında Alim Sadiqov tərəfindən məcburi nikaha daxil olmaq məqsədilə qaçırılıb və Saqareco rayonunun Ləmbəli kəndinə gətirilərək qanunsuz azadlıqdan məhrum edilib. Lakin azyaşlı evdən gizlicə qaça bilib və tanımadığı şəxsin telefonu ilə anası ilə əlaqə saxlayaraq oğurlanması barəsində məlumat verib. Lakin anası və dayısı bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər və Aytacı onu qaçıran şəxslə yaşamağa məcbur ediblər.
Xatırladaq ki, Aytac Şahmarova oktyabrın 5-də axşam saatlarında “həyat yoldaşı” Alim Sadiqov tərəfindən qətlə yetirilib.
apa
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












