Həkimdən bəzək məqsədilə taxılan eynəklərlə bağlı XƏBƏRDARLIQ

Eynək dedikdə insanın ağlına ilk olaraq daha çox optik və yaxud gün eynəkləri gəlir. Ancaq eynəklərin müxtəlif növləri var. Son vaxtlar bəzək məqsədilə satılan şəffaf şüşəli eynəklərin istifadəsi daha da artıb. Hətta bəzi xarici onlayn alış-veriş platformalarında belə eynəklər 3-4 manata satılır.
Maraqlıdır ki, heç bir optik özəlliyi və yaxud qoruyuculuğu olmayan bu eynəklərin gözə ziyanı var?
Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, oftalmoloq Kəmalə Mustafazadə aksesuar məqsədilə taxılan bu eynəklər barədə bəzi xəbərdarlıqlar edib, önəmli məqamları açıqlayıb. O bildirib ki, bu eynəklərin gözə ziyanı olub-olmaması bəzi faktorlardan asılıdır:
"Şüşə keyfiyyətsiz və optik qüsurlu olarsa, gözləriniz yorular və baş ağrısı kimi problemlərə səbəb ola bilər. Həmişə optik dükanlardan və ya sertifikatlı istehsalçılardan alınmış keyfiyyətli eynəklərə üstünlük vermək lazımdır.
Gündəlik istifadə üçün nəzərdə tutulmuş eynəklər, xüsusilə açıq havada istifadə edilirsə, ultrabənövşəyi (UV) şüalardan qoruma təmin etməlidir. Çünki UV qorumasız eynəklər gözlərə ziyan verə bilər".
Həkim qeyd edib ki, əgər eynəklərin şüşəsi optik keyfiyyət daşımırsa, yəni adi plastik materialdan hazırlanıbsa, görüntünü təhrif edə bilər. Bu, gözlərdə yorğunluq yaradır.
"Eynəklər üzünüzə rahat oturmalı və gözlərinizin təbii hərəkətinə mane olmamalıdır. Çox dar və ya ağır eynəklər narahatlıq yarada bilər".
Bəs eynəyin bəzək məqsədilə taxılması düzgündürmü?
"Bəzək məqsədilə şüşə eynək taxmaq düzgündür və bu, şəxsi zövqə bağlıdır. Lakin bunun zərərsiz olması üçün keyfiyyətli şüşə materialından istifadə edilməlidir. Həmçinin gözlərdə yersiz təzyiq və ya əlavə işıq qırılmalarına səbəb olmamalıdır. Əgər gözləriniz həssasdırsa və ya artıq görmə problemləriniz varsa, uzun müddət belə eynək taxmaq məsləhət deyil", - deyə oftalmoloq qeyd edib.
Kəmalə Mustafayeva sonda fikirlərini yekunlaşdırarkən deyib ki, belə eynəkləri təkcə gözəllik üçün deyil, həm də gözlərinizi zərərli təsirlərdən qorumaq üçün düzgün seçmək önəmlidir:
"Keyfiyyətli və təhlükəsiz məhsul seçimi hər zaman daha sağlamdır".
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










