Heyət üzvləri koronavirusa yoluxan Azərbaycan gəmisi haqqında xəbər var - YENİLƏNİB

“Qurban Abbasov” kran-montaj gəmisində yoluxan heyət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə aid deyil.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.
“Gəmi ASCO-ya aid olsa da, alyans müqaviləsi çərçivəsində uzunmüddətli “Caspian Marine Services” (CMS) şirkətinə icarəyə verilib. Heyət də həmin şirkətə aiddir. Bir daha bu xəstəliklə mübarizə aparan insanlara yastıqları yüngül olsun deyirik”- deyə, M.Mehdiyev bildirib.
20:29
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Avtosfer.az xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.
Məlum olub ki, 35 heyət üzvündən 19-u koronavirusa yoluxub.
Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar. Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












