Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH

Hindistanın Ukraynanın təhlükəsizlik zəmanətlərində iştirak edə biləcəyi ilə bağlı müzakirələr Kiyev–Yeni Dehli münasibətlərində yeni istiqamət yarada bilər.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Çin və Hindistanın Ukraynaya təhlükəsizlik zəmanəti verən ölkələr sırasına daxil ola biləcəyini açıqlayıb. Zelenski Hindistan mediasına müsahibəsində Kiyevin bu məqsədlə Çin və Türkiyə ilə də əlaqə saxladığını, Hindistanın da prosesə qoşulmasını istədiklərini deyib.
Politoloqun sözlərinə görə, Hindistanın son dövrlərdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik səyləri intensivləşib. Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarın sentyabr ayında Kiyevə səfəri zamanı sülh səyləri, təhlükəsizlik məsələləri və Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub.
Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi Yeni Dehli üçün xüsusi əhəmiyyət daşıyır. Hindistan tərəfi bölgədəki hücumlar nəticəsində öz vətəndaşlarının da həyatını itirdiyini bildirib və dəniz daşımalarının təhlükəsizliyinin təmin olunmasını vacib məsələ kimi qiymətləndirib.
Elxan Şahinoğlu hesab edir ki, Hindistanın diqqət yetirdiyi əsas məsələlərdən biri də taxıl və enerji daşıyıcılarının təhlükəsizliyidir. Kiyev və Yeni Dehli arasında aparılan müzakirələrdə Qara dənizdə mülki gəmiçiliyin qorunması və ərzaq təchizatının fasiləsizliyinin təmin edilməsi məsələləri ön plana çıxıb.
Hindistanın Ukraynaya dair mövqeyində Baş nazir Narendra Modinin Rusiya və Ukrayna ilə təmasları da mühüm rol oynayır. Yeni Dehli son aylarda ümumi sülh çağırışlarından daha konkret diplomatik məsləhətləşmələrə keçməyə çalışır.
“Beləliklə, Yeni Dehli həm Moskva, həm də Kiyevlə məsləhətləşmələri davam etdirir. Kiyevlə yanaşı, Moskva da Hindistanın sülh səylərini müsbət qiymətləndirir”, – deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl Narendra Modinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təşəbbüslərindən danışıb və onları qarşılıqlı məqbul həll yollarının axtarışına yönəlmiş səylər kimi qiymətləndirib.
“Buna baxmayaraq, Rusiya tərəfi Hindistanın təkliflərini reallaşdırmağa tələsmir. Hindistanın xarici işlər nazirinin açıqlamalarından da Moskva ilə Kiyev arasında Yeni Dehlinin təklifləri əsasında hər hansı konkret razılaşmanın əldə olunduğu görünmür”, – deyə Elxan Şahinoğlu əlavə edib.
Qeyd edək ki, Hindistan və Ukrayna rəsmilərinin son görüşlərində Qara dənizdə mülki gəmiçiliyə qarşı təhdidlər də müzakirə olunub. Kiyev Hindistanın sülh prosesində daha fəal rolunu dəstəklədiyini bildirir.
Eltac Zülfüqaroğlu
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












