Hökumət nümayəndələri Xocalı qurbanlarını andı - FOTOLAR

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
“Qafqazinfo” xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.







Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












