Hörmüz boğazında gəmilərin hərəkəti üçün yeni qaydalar tətbiq olunacaq

İran gələcəkdə Hörmüz boğazı üçün yeni statusun müzakirə olunmasını və müəyyənləşdirilməsini planlaşdırır. Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki Baş Qərargahındakı daimi nümayəndəsi, səfir Əli Bəhreyni məlumat verib.
Diplomatın sözlərinə görə, mövcud hərbi münaqişə həyatın bütün sahələrinə təsir göstərib və bu proses dəniz keçidinin hüquqi tənzimlənməsindən də yan keçməyəcək. O, konkret detalların yaxın vaxtlarda dəqiqləşəcəyini diqqətə çatdırıb:
"Hazırda su yolu ilə bağlı qüvvədə olan qaydalar müvəqqəti xarakter daşıyır. Qarşıdakı iki həftə ərzində dəniz dəhlizi vasitəsilə daşımalar müharibədən əvvəlki rejimdə fəaliyyət göstərməyəcək".
Tətbiq edilən yeni şərtlərə əsasən, boğazdan keçmək istəyən gəmilər öz adları, sahibləri və daşıdıqları yük barədə ətraflı məlumat təqdim etmək məcburiyyətindədir.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR











