Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə müraciət etdi

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət ediblər.
Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, hüquq müdafiəçiləri hazırda həbsdə olan jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağı xahiş ediblər.
Onlar Şahnaz Bəylərqızının səhhətində mövcud olan problemlərlə bağlı narahatlıq bildiriblər:
"O, beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. Hazırda da o, Kürdəxanı İstintaq Təcridxanasının tibbi hissəsində saxlanılır və həkim nəzarəti altındadır. Onu da qeyd edək ki, jurnalistin himayəsində iki azyaşlı övladı var".
Hüquq müdafiəçiləri Prezident və Birinci Vitse Prezidentin onların müraciətinə dəfələrlə diqqətlə yanaşdıqlarını və humanist münasibətin şahidi olduqlarını qeyd ediblər:
"Sizdən jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağınızı xahiş edirik".
Qeyd edək ki, Şahnaz Bəylərqızı "Toplum TV"nin cinayət işi ilə əlaqədar qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












