İnfrastruktur layihələrində rəqəmsal əkiz texnologiyası niyə vacibdir? – İZAH

Rəqəmsal texnologiyalar infrastruktur layihələrinin idarə edilməsində artıq seçim deyil, zərurətə çevrilib. Bu fikri nəqliyyat eksperti Rauf Ağamirzəyev səsləndirib.
Avtosfer.az xəbər verir ki, ekspertin sözlərinə görə, Ukraynada Automagistral-Pivden şirkətinin TOPCON lazer skan texnologiyalarından istifadə etməsi bu sahədə uğurlu nümunələrdən biridir. Həmin texnologiyalar vasitəsilə körpülərin, avtomobil yollarının, tunellərin və müxtəlif mühəndis-kommunikasiya şəbəkələrinin yüksək dəqiqliklə rəqəmsal əkizi (Digital Twin) yaradılır. Bu isə layihələrin planlaşdırılması, icrası və sonrakı istismarı zamanı həm keyfiyyətin, həm də idarəetmə səmərəliliyinin artmasına şərait yaradır.
Lazer skan texnologiyaları əsasən avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, körpü, tunel və estakadaların ölçülməsi və monitorinqi, suötürücü qurğuların, kollektor və drenaj sistemlərinin sənədləşdirilməsi, torpaq işlərinin və qazıntı həcmlərinin hesablanması, tikinti meydançalarının ölçülməsi, icra sənədlərinin hazırlanması, eləcə də mövcud infrastrukturun texniki vəziyyətinin qiymətləndirilməsi kimi istiqamətlərdə tətbiq edilir.
Ekspertin sözlərinə görə, bu yanaşmanın əsas üstünlükləri ölçmələrdə insan amilindən qaynaqlanan səhvlərin minimuma endirilməsi, milyonlarla ölçmə nöqtəsi əsasında yüksək dəqiqlikli məlumatların əldə olunması, tikinti prosesinə operativ və şəffaf nəzarətin təmin edilməsi, torpaq işləri və material həcmlərinin daha dəqiq hesablanması, layihələrin vaxtında və keyfiyyətlə icrasına nəzarətin gücləndirilməsi, həmçinin gələcək istismar, təmir və texniki xidmət üçün etibarlı rəqəmsal əkiz modelinin formalaşdırılmasıdır.
Bu cür texnologiyalar layihələrin icrası zamanı vaxt və maliyyə itkilərini azaltmaqla yanaşı, mühəndislik qərarlarının daha dəqiq qəbul edilməsinə imkan verir və tikinti prosesinin bütün mərhələlərinin rəqəmsal əsasda idarə olunmasını təmin edir. Məhz buna görə də Avropanın bir çox ölkəsində müasir yol və nəqliyyat infrastrukturu layihələrinin ayrılmaz hissəsi kimi tətbiq olunur.
Rauf Ağamirzəyev hesab edir ki, Azərbaycanda da avtomobil yolları, dəmir yolları, metro, körpü, tunel, hava limanları və digər iri infrastruktur layihələrində bu texnologiyaların geniş tətbiqi tikinti keyfiyyətinin yüksəlməsinə, layihələrin daha səmərəli idarə edilməsinə, xərclərin optimallaşdırılmasına və uzunmüddətli istismar prosesinin daha etibarlı təşkilinə mühüm töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












