İran ABŞ ilə müharibəyə başlasa, Rusiya və Çin ona dəstək olacaq? – Politoloq AÇIQLADI

İranın ABŞ ilə mümkün hərbi gərginliyi fonunda Rusiya və Çinlə birgə keçirdiyi hərbi təlimlər müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu hesab edir ki, bu manevrlər daha çox siyasi mesaj xarakteri daşıyır.

Ekspertin sözlərinə görə, İran Oman körfəzi və Hind okeanının şimalında Rusiya və Çinlə birlikdə hər il keçirilən “Dəniz təhlükəsizlik kəməri” adlı hərbi təlimlər təşkil edir. Məqsəd mümkün ABŞ hücumu ehtimalını azaltmaqdır. Lakin Vaşinqton bu təlimləri ciddi təhlükə kimi qiymətləndirmir. ABŞ-nin siyasi dairələrində belə bir qənaət var ki, İrana qarşı hərbi əməliyyat başlasa, nə Rusiya, nə də Çin birbaşa müharibəyə qoşulacaq, maksimum halda müharibə əleyhinə bəyanatlarla kifayətlənəcəklər.
Şahinoğlu bildirir ki, Moskva və Pekinin hazırda fərqli prioritetləri var. Vladimir Putin rəhbərlik etdiyi Rusiya hərbi və diplomatik resurslarını əsasən Ukrayna istiqamətinə yönəldib və Kremlin İranı müdafiə edəcək imkanları məhduddur. Digər tərəfdən, Çin lideri Xi Jinping ölkə daxilində, xüsusilə ordu rəhbərliyində genişmiqyaslı antikorrupsiya və intizam araşdırmaları aparır.
Qərb mediasının məlumatına görə, Çin Xalq Azadlıq Ordusunda yüksək rütbəli generallara qarşı istintaq tədbirləri davam edir. Bu proses nəticəsində Mərkəzi Hərbi Komitədə ciddi dəyişikliklər baş verib və operativ komandanlığın böyük hissəsi birbaşa Si Cinpinin nəzarətinə keçib. Politoloqun fikrincə, bu vəziyyət Pekinin diqqətini daxili sabitliyə yönəldib.
Bununla yanaşı, Çin nüvə potensialını artırmaqda davam edir. Vaşinqton nüvə silahlarının azaldılması ilə bağlı mümkün yeni sazişə Çinin də qoşulmasını istəyir, lakin Pekin bu tələbi qəbul etmir. CNN telekanalının kəşfiyyat mənbələrinə istinadən yaydığı xəbərə görə, Çin yeni nəsil nüvə silahının sınaqlarını həyata keçirib. Bildirilir ki, bu addım ölkənin nüvə arsenalını daha müasir və texnoloji baxımdan inkişaf etmiş səviyyəyə çatdırmaq məqsədi daşıyır.
Elxan Şahinoğlu hesab edir ki, Pekinin strateji hədəfi nüvə potensialına görə ABŞ və Rusiya ilə eyni səviyyəyə çatmaqdır. Bununla belə, mövcud reallıq göstərir ki, Çin və Rusiya İran ətrafında mümkün hərbi eskalasiyada birbaşa iştirakdan çəkinə bilər.
Eltac Zülfüqaroğlu
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












