İran Hörmüz boğazında nəzarəti gücləndirib - KİV

İranın Hörmüz boğazı üzərində faktiki nəzarəti daha da sərtləşdirdiyi bildirilir.
Avtosfer.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Asiya və Avropa gəmiçilik rəsmiləri, eləcə də İran və İraqdan olan ümumilikdə 20 mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İran hərbi nəzarət məntəqələri, gəmilərin yoxlanılması və diplomatik razılaşmalar vasitəsilə boğazdakı nəzarət mexanizmlərini genişləndirib.
Hesabatda qeyd olunur ki, SEPAH yeni tranzit sistemində əsas rol oynayır və Çin ilə Rusiya kimi müttəfiq ölkələrlə əlaqəli gəmilərə üstünlük verilir.
Bildirilib ki, hökumətlərarası razılaşmalarla əhatə olunmayan bəzi gəmilər təhlükəsiz keçid üçün İran tərəfinə 150 min dollardan çox vəsait ödəyir.
Reuters-in məlumatına əsasən, bəzi hallarda gəmilərdən yükün növünə uyğun təhlükəsizlik və naviqasiya haqları da alınır.
İran rəsmiləri isə bütün ölkələrin bu ödənişlərə məruz qalmadığını bildiriblər.
Hesabatda əlavə olunub ki, gəmilər boğazdan keçid zamanı silahlı patrul qayıqları tərəfindən yoxlanılır, marşrut məhdudiyyətləri və mümkün gecikmələrlə qarşılaşırlar.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












