İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi 15 mart tarixində qeyd olunan Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə bəyanat yayıb.
Avtosfer.az xəbər verir ki, XİN-in "X" sosial şəbəkə hesabında dərc olunan bəyanatında mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc birgəyaşayışa sadiqlik bir daha vurğulanıb.
Qeyd olunub ki, insanların dini inanclarına görə onlara qarşı nifrət və ayrı-seçkilik insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır və belə halların cəmiyyətlərdə yeri yoxdur.
Həmçinin bildirilib ki, İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır və bu dinin yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir.
Sənəddə vurğulanıb ki, dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün vacibdir.
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












