İçdiyimiz bu suda da nöqsan var imiş - Müəssisə bağlandı

Bakı şəhəri, Nizami rayonu, M. Şərifli küçəsi, ev 1B ünvanında fəaliyyət göstərən fiziki şəxs Fətəliyev Samir Həzi oğluna məxsus “Suel” əmtəə nişanlı içməli suyun emalı və qablaşdırılması müəssisəsində plandankənar yoxlama aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən sular) filtrdən keçirilərək qablaşdırıldığı aşkarlanıb. Həmçinin, müəssisədə təkrar istifadə üçün nəzərdə tutulan qablaşdırma materialarının yuyulub-təmizlənməsinin, suyun qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi, qablaşdırma materiallarının saxlanması üçün müvafiq sahənin ayrılmadığı, emal olunmuş məhsullara dair etiket məlumatlarının dolğun qeyd olunmadığı, temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu torla təmin olunmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub.
Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.




Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA












