İcra başçısının qoçuları vətəndaşın torpağına girib əmlakını dağıdıb – VİDEO

Azərbaycanda uzun illərdir məmurların, xüsusən də icra başçılarının özbaşınalıqlarına, talamalarına qarşı dövlət səviyyəsində mübarizə işləri aparılır. Bu prosesdə uzun illər icra başçısı işləmiş şəxslərin həbs edildiyinin də şahidi olmuşuq. Pandemiya dövründən başlayaraq daha da sərtləşən proses bu gün də davam etdirilir.
Görülən işlər nəticəsində Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, İmişli Rayon icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov və İmişlinin sabiq icra başçısı Alimpaşa Məmmədov da törətdikləri özbaşınalıqlar səbəbilə həbs olunanlar arasındadır. Bu qədər tədbirlərə rəğmən hələ də məmurlar bölgələrdə vətəndaşlara qarşı saymazyana, özbaşına əməllərinə davam edirlər.
Sosial şəbəkələrdə yayılan videoda Gədəbəy rayon sakini Sultanova Lalə Nəriman qızı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovu şəxsi əmlakını heç bir məhkəmə qərarı olmadan sökdürməkdə ittiham edir. Qadının iddiasına görə, şəxsi mülkiyyətində yerləşən və torpaq sahəsinə sonradan yerləşdirdiyi 2 ədəd “A Frame” modul tipli ev kimi yerləşdirilən icra başçısının göstərişi ilə tamamilə dağıdılıb.
Avtosfer.az xəbər verir ki, Aytala kənd sakini olan Lalə Sultanova evlərin tikinti aparılaraq yox, sadəcə yerə bərkidilərək hazırlanan yaşayış obyekti olduğunu vurğulayıb.
“Heç bir məhkəmə qərarı olmadan gəlib dağıtdılar. Məndən rüşvət istədilər, vermədiyim üçün bu vəziyyətə salındım”.
Şikayətçi qeyd edir ki, əmlakının sökülməsi ilə bağlı heç bir rəsmi bildiriş və ya məhkəmə qərarı təqdim edilməyib. Hadisəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə çərçivəsində hüquqi qiymət verilməsi tələb olunur.
Əlavə olaraq qadın ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Baş Prokuror Kəmran Əliyevə müraciət edərək, ona dəymiş ziyanın ödənilməsini və icra başçısının hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edir.
Məsələyə münasibət öyrənmək üçün Gədəbəy Rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi yaratmağa cəhd etdik. İlk zəng zamanı qarşı tərəf telefona cavab versə də, sualı eşidən kimi dəstəyi asdı. Eyni nörməyə təkrar zənglərimiz isə cavabsız qaldı. Daha sonra qurumun rəsmi saytında qoyulan nömrələrə zəng etməyə başladıq. Qurumun İnformasiya təminatı və təhlil sektorunun müdiri Qabil Muxtarov zəngimizə cavab verdi. Qeyd edilən məsələ ilə bağlı məlumat əldə etdikdən sonra bizimlə bölüşə biləcəyini dedi və o da dəstəyi qəfil asdı.
Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Eltac Zülfüqaroğlu
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq












