İldə 10 milyon pilotsuz uçuş aparatı istehsal edə bilərik - Müdafiə Nazirliyi

Ukrayna pilotsuz uçuş aparatları (PUA) sahəsində yeni mərhələyə qədəm qoyub. Yerli müdafiə-sənaye kompleksi hər il təxminən 10 milyon ədəd dron istehsal etmək imkanına malikdir.
Avtosfer.az "RBK-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda çıxışı zamanı Ukrayna müdafiə nazirinin müavini Aleksandr Kozenko bildirib.
O, forum iştirakçılarını Ukraynanın müdafiə-sənaye kompleksi, o cümlədən PUA istehsalı sahəsindəki imkanları ilə tanış edib. Onun sözlərinə görə, yerli istehsal olan pilotsuz uçuş aparatları digər analoqlardan xeyli ucuzdur və döyüş şəraitində artıq sınaqdan keçirilib.
“Ukrayna PUA sahəsini yeni səviyyəyə çıxarıb və həm havada, həm quruda, həm də suda innovativ həlləri inkişaf etdirir. Müharibədə əldə olunan təcrübəni nəzərə alaraq, Ukrayna hazırda dronlardan istifadə ilə bağlı doktrinal dəyişikliklər yazır”, – deyə Kozenko qeyd edib.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











