İlham Əliyevin sözü Ermənistan parlamentində Azərbaycan dilində səsləndirildi - VİDEO

Ermənistan parlamentinin iclasında sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyası ilə bağlı qarşıdurma baş verib.
Avtosfer.az xəbər verir ki, “Ermənistan” fraksiyasından olan deputat Artsvik Minasyan spiker Alen Simonyan başda olmaqla hakim fraksiyasının deputatlarını yalan danışmaqda ittiham edib.
Minasyan Simonyana xitabən, “siz “sərhədin bərpası” ifadəsini işlədirsiniz, zəhmət olmasa, izah edin: Ermənistanın hansısa qanununda “sərhədin bərpası” anlayışı varmı? Nə edirsən, götürüb təhvil verirsən. Niyə? Çünki kreslonu düşünürsən. Kreslondan yapışsan da, bir gün çıxarıla bilərsən. Onda kreslo qarışıq səni kənara atacaqlar, yerinə “milli kreslo” qoyulacaq”.
“Ermənistan” fraksiyasının digər deputatı Aqvan Vardanyan iddia edib ki, Azərbaycanın tələblərini nə qədər yerinə yetirsələr, bir o qədər hörmətsizliyə məruz qalacaqlar: “Əliyev “Noldu, Paşinyan” deyirdi. Yenə eyni münasibət görəcəksiniz”.
Hakim fraksiyadan olan vitse-spiker Ruben Rubinyan isə “Hərəkata müqəddəs adı verilib, müqəddəs hərəkatın lideri, övliya, onun sağ əlini öpəcəksiniz, elə deyilmi?” deyərək, erməni keşiş Baqratın rəhbərlik etdiyi müxalifətə lağ edib.
Aqvan Vardanyan pafoslu sözlərlə “Bu hərəkat həm də sizin xilasınız üçündür, bəzilərinizi saymasaq” deyə cavab verib.
Spiker Alen Simonyan çıxışında bildirib ki, müxalifətin nə deməsindən asılı olmayaraq, Tavuşun sərhədi müəyyən edilmiş kəndləri nümunəvi yaşayış məntəqələrinə çevriləcək.
“Ermənistan dövləti öz vətəndaşlarının heç birini incitməyəcək, onları evsiz qoymayacaq. Sizi inandırıram ki, bir neçə ildən sonra o kəndlər nümunəvi kəndlər olacaq və 2026-cı il seçkiləri zamanı “Vətdaş müqaviləsi” orada böyük səslə qalib gələcək”, - Simonyan bildirib.
“Ermənistan” fraksiyasının deputatı, keşiş Baqratla birlikdə küçə yürüşü edən Qarnik Danielyan isə insanların Kirantsda qalmayacağını, oranı tərk edəcəyini deyib: “Çünki siz, 30 il ərzində təchiz edilmiş müdafiə xəttini Azərbaycana verdiniz”.
Danielyan iddia edib ki, Ermənistan hakimiyyəti İlham Əliyevin göstərişləri ilə hərəkət edir.
(moderator.az)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












