İnsanlar şəhər mühitində hərəkət vərdişlərini dəyişəcək – Eldəniz Cəfər

Şəhər həyatının inkişafı ilə əlaqədar insanların hərəkət vərdişləri də dəyişir. Şəhər mühitində nəqliyyatın daha əlverişli və çevik olması üçün müxtəlif alternativlər gündəmə gəlir. Bu alternativlər arasında velosiped və skuter kimi kiçik mühərrikli nəqliyyat vasitələrinin rolu artmaqdadır. Bu dəyişikliklər, xüsusən gənc nəsil arasında daha geniş yayılmağa başlayıb.
Bəs insanların şəhər daxilində hərəkət etmə vərdişləri necə dəyişəcək? Velosiped və skuter kimi alternativ nəqliyyat vasitələrinin rolu artacaqmı?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, insanların şəhərdaxili hərəkəti həmin şəhərin infrastrukturasına bağlı bir məsələdir:

“Düşünmürəm ki, tezliklə bizim insanlarımız hərəkət vərdişlərini dəyişəcəklər. Lakin hər halda velosipedlər, skuterlər və digər alternativ nəqliyyat vasitələrinin sayının artması müsbət bir haldır. Burada əsas məqsəd mobilliyin təmin edilməsidir. Mobillik dedikdə biz şəhər mühitində hərəkətin hamı üçün sərbəst olmasını nəzərdə tuturuq. Velosipedlərin istifadəsinin artacağını tezliklə deyə bilmərəm, amma kiçik mühərrikli nəqliyyat vasitələrinin rolu artıq artıb”.
Ekspert əlavə olaraq bildirib ki, xüsusilə gənc vətəndaşlarımız elektrikli skuterlərə daha çox üstünlük verirlər: “Həmçinin, daşınma və çatdırılma xidmətlərində də belə nəqliyyat vasitələrinə daha çox üstünlük verilir. Zaman keçdikcə kiçik mühərrikli nəqliyyat vasitələrinə olan tələbat artacaq və bunlardan istifadə edənlərin sayı daha da çoxalacaq”.
Eltac Zülfüqaroğlu
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










