İntihar edən polis rəisinin yerinə - Təyinat
Gündəm
5 Dekabr 2021 14:45

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, vəzifəyə polis mayoru Natiq Teymurov təyinat alıb. O, bu təyinatadək həmin şöbədə baş təhqiqatçı işləyib.
Qeyd edək ki, 4-cü polis şöbəsinin sabiq rəisi Rahib Mirzəyev sentyabr ayında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. R.Mirzəyevin müavini rəisin intiharından öncə 26-cı Polis Bölməsinə rəis təyin olunub. Bu zaman N.Teymurov müavini əvəz edib. Rəisin intiharından sonra baş təhqiqatçı rəisin vəzifələrini icra edib.
Xatırladaq ki, R.Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.
Oxunub : 4562
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 08:27
Bu yollarda tıxac var - SİYAHI
6 Oktyabr 2026 15:18
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
6 Oktyabr 2026 15:11
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
6 Oktyabr 2026 13:41
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
6 Oktyabr 2026 12:11
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
6 Oktyabr 2026 12:00
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
6 Oktyabr 2026 10:30
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
6 Oktyabr 2026 08:19
Bu yollarda tıxac var - SİYAHI
5 Oktyabr 2026 21:55
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
5 Oktyabr 2026 11:06
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
5 Oktyabr 2026 11:00
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
5 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












