İpotekaya yararlı mənzillər bahalaşdı - VİDEO

İpoteka predmeti olan daşınmaz əmlakın qiymətində ciddi artım müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə hazırkı bazarda 200 min manat dəyərində daşınmaz əmlakın qiymətində son altı ayda beş-yeddi min manat arası artım müşahidə olunur. Qiymətlər isə mənzilin sahəsinə və yerləşdiyi yerin bazar dəyərinə uyğun olaraq hesablanır.
Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bazarda müşahidə olunan qiymət artımına paralel olaraq əgər daşınmaz əmlak ipoteka şərtlərinə uyğundursa, qiyməti bir az da artır ki, buna da səbəb mənzilin təklif edilən qiymətə daha tez satılmasıdır.
Elnur Azadovun sözlərinə görə, bir və iki otaqlı mənzillərdə qiymət artımı daha çoxdur.
Ekspert bildirib ki, şəhər daxilində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq bazarda tələbin təklifi üstələməsi də qiymət artımına səbəb olan amillərdən biridir.
Ətraflı videomaterialda:
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












