İqlim dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ

Bəşəriyyət planetin ekosisteminin sabitliyinin məqbul hüdudlarından kənara çıxıb.
Bu nəticəyə isveçli professor Yohan Rokstromun rəhbərlik etdiyi bir qrup alim gəlib.
Riyazi modellərdə tədqiqatçılar insan fəaliyyəti nəticəsində qeyri-sabitliklə təhdid edilən hədləri hesablayıblar. Nümunə olaraq elm adamları təbiətə insan təsirinin praktiki olmadığı Holosen dövrünü götürüblər.
Məlum olub ki, sivilizasiyamız artıq səkkiz hədd dəyərdən yeddisini keçib. Bu, orta qlobal temperatur, biosferin, hidrosferin, kriosferin vəziyyəti və onlarla əlaqəli karbon, su və qida maddələrinin dövrləridir. Siyahıdan kənarda isə havanın aerozol çirklənməsi olub.
Alimlər qeyd edirlər ki, kritik hədd bu əsrin sonuna qədər temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artması hesab olunurdusa, indi bu rəqəm 1,2 dərəcəyə çatıb və bu, milyonlarla insanı sağ qalmaq astanasında qoyub.
"Biz yer sisteminin biofiziki imkanlarının həddinə çatırıq və uçma nöqtələrinə yaxınlaşırıq, qlobal miqyasda həyatı dəstəkləmə sistemlərinə getdikcə daha çox geri dönməz zərər görürük", - Rockström bildirib. (lent.az)
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR











