"İran qədər islama xəyanət edən ikinci ölkə yoxdur" - Deputat

"Azərbaycan öz ərazi bütövlüyünü itirəndə də İranın mövqeyini bilirdik. Bu barədə çox da dərinə getmək istəmirdik, çünki beynəlxalq münasibətlər var və əsas işimiz Ermənistanla idi. Amma görünür İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nizami Cəfərov deyib.
“Necə ki, 7-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər Azərbaycan xalqının hüquqlarını pozub, indi də həmin xüsusiyyətlərini də davam etdirir. İslam düşüncələri tarixində İran həmişə atəşpərəst olub. İran qədər islama xəyanət edən ikinci ölkə yoxdur. Onların düşüncəsində, təfəkküründə, hətta mədəniyyətlərində belə islam deyəndə Avestanı nəzərdə tuturlar. Bu yenə də davam edir, lakin prinsipial səhvlərə davam etməklə baş verir. Azərbaycan parlamentindən İran nə gözləyir?! Parlamentimiz dəfələrlə İrandakı Azərbaycan xalqına azadlıq, təhsil, məktəb istəyib. Baxın, biz sizdən bunu istəyirik”. (unikal)
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












