"İrana müalicə almağa gedən azərbaycanlılar casusluğa cəlb edilir" - XƏBƏRDARLIQ - VİDEO

Sosial şəbəkələrdə İrana müalicə almağa gedən azərbaycanlıları casusluğa cəlb edirlər.
Bu barədə sosial şəbəkələrdə səs yazısı yazılıb.
Səsdən də aydın olur ki, İran həkimləri bu ölkənin kəfiyyatı ilə əlbirdir. İrana müalicə üçün gedənləri həkimlər əvvəlcə özlərindən asılı hala salırlar, sonra isə onları casusluğa cəlb edirlər.
Mövzu ilə bağlı politoloq Araz Qurbanov deyir ki, bu hal ilk deyil, İran əvvəllər də ölkə vətəndaşlarını məxfi əməkdaşlığa cəlb etməyə çalışıb.
Politoloq həmçinin bu halların qarşısını almaq üçün görülməli olan tədbirlərdən də danışıb.
Yəqin ki, çoxunuz ömründə bircə dəfə də olsun "İranda keyfiyyətli və ucuz səhiyyə" ifadəsini eşidib. Bəs gerçəkdə necə? İranda həqiqətən də "keyfiyyətli və ucuz səhiyyə" varmı?
Xatırladaq ki, 1979-cu ildə hakimiyyətə gələn hazırkı molla rejimi "xalqı şahın zülmündən xilas edəcəyik" dedi, lakin şahın atasına rəhmət oxutdurdu. Rejimin radikal xarici siyasəti nəticəsində İran ABŞ və Qərbin sankiyalarına məruz qaldı. Nəticədə İran bütün texnoloji yeniliklərdən təcrid olunmuş ölkəyə çevrildi. Elə isə sual yaranır: 1979-cu ildən bəri ABŞ və Qərbin sanksiyalarına görə texnoloji yeniliklərdən kənarda qalan bir ölkənin güclü səhiyyə sistemi ola bilərmi? Təbbi ki, yox. İrana gedən şəxslər də yaxşı bilir ki, bu ölkənin səhiyyə sistemində ötən əsrin 90-cı illərinin cihaz və avadanlıqları istifadə olunur. Bu da azmış kimi, sanksiyalar nəticəsində ölkəyə tibbi və kimyəvi maddələrin idxalına qadağa qoyulub. Belə vəziyyətdə səhiyyə sistemindən pul qazana bilməyən molla rejimi işbazlığa əl ataraq "İranda yüksək və ucuz tibbi xidmət" adı altında vətəndaşlarımızı aldatmaqla İrana səfərə, daha sonra isə casusluğa cəlb edirlər. Buna görə də İrana müalicə üçün gedən azərbaycanlılar diqqətli olmalı, yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmamalıdırlar.
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - VİDEO
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...












